Futzal üzrə Belçika millisinin üzvü Stiven Dillin Azərbaycana (5:3) qarşı keçirilən yoxlama görüşü barədə danışıb.
Sportal.az xəbər verir ki, yerli mətbuata danışan Dillinin millimiz haqda fikri bel’ olub:
“Oyun qəribə alındı. Azərbaycan millisi 2 doğru qırmızı vərəqə ilə razılaşmırdı. Onlar meydanı tərk edərək, davam etmək istəmirdi.
Matçın əvvəlində iki dəfə rəqibin kobudluğuna görə qayda pozuntusu qeydə alınmadı və bu da gərginliyə səbəb olub. Ancaq bunlar layiqli qələbəmizə kölgə salmamalıdı. Bütün gücümüzü meydanda qoyduq. Azərbaycan millisinin futzalçılar bizi asanlıqla məğlub edə biləcəklərini düşünürdü.
Sübut etdik ki, AVRO-2022-yə vəsiqə qazanmağa layiq idik. Rəqib oyuna təkəbbürlü başladı və bizi açıq-aşkar qiymətləndirmədilər”.
