“Liverpul”un sabiq futbolçusu Cordan Ayb karyerasını Türkiyədə davam etdirəcək.
Sportal.az xəbər verir ki, 26 yaşlı futbolçu 1-ci liqa təmsilçisi “Adanaspor”la anlaşıb.
O, mövsüm sonuna qədər Adana təmsilçisinin formasını geyinəcək. “Uikomb Uondarers”in yetirməsi, “Liverpul”, “Birmingem”, “Derbi”, “Bornmut” klublarında çıxış edib.
