Azərbaycan millisində oynamış forvard Almaniya klubunda - FOTO

17:42 - 18 Yanvar 2022

Azərbaycan millisinin formasını geyinmiş Pərdis Fərcad-Azad yeni müqavilə imzalayıb. 

Sportal.az xəbər verir ki, forvard “Berliner”lə anlaşıb.

O, əvvəllər də formasını geyindiyi kluba qayıdıb. 

“Sumqayıt”, “Keşlə”, “Zirə” klublarında da çıxış etmiş Pərdis 2010-2012-ci illərdə “Berliner”də oynayıb. 33 yaşlı futbolçu son olaraq “Viktoriya Berlin” forması geyinib.

Xəbər xətti