Azərbaycanlı müdafiəçi "Olimpiakos"a icarəyə veriləcək?

20:36 - 18 Yanvar 2022

U-21 yığmamızın sabiq üzvü Turan Manafovun “Olimpiakos”a keçib-keçməyəcəyi sual altındadı.

Sportal.az saytının məlumatına görə, futbolçu hələ də Volu klubu ilə müqavilə imzalaması üçün Yunanıstana yollanmayıb. 

1-ci divizion klubu Manafovu icarəyə götürə bilər. Çünki “Olimpiakos” futbolçu üçün pul xərcləyib “Səbail”ə ödəniş etmək istəmir. 

​​“Səbail” onu buraxmağa hazırdı. Lakin bundan əvvəl futbolçu ilə 2023-cü ilə qədər müqavilə imzalamaq istəyir. 

Xəbər xətti