"Neftçi"nin futbolçusu Mamadu Kanenin çıxış etdiyi Qvineya millisi Afrika Millətlər Kubokunda növbəti matçına çıxıb.
Sportal.az xəbər verir ki, Kanenin komandası qrupdakı son matçında Zimbabve ilə üz-üzə gəlib.
Kane Qvineya millisinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatan matçda 90 dəqiqə meydanda olub.
O, 49-cu dəqiqədə məhsuldar ötürmə ilə yadda qalıb.
Məğlubiyyətə baxmayaraq Qvineya millisi qrupda 2-ci yeri tutub və pley-offa vəsiqə qazanıb.
saytlarin hazirlanmasi
