"Neftçi" bu gün Polşa klubuna qarşı oynayacaq

10:09 - 19 Yanvar 2022

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Neftçi" bu gün ikinci  yoxlama oyununa çıxacaq.

Sportal.az xəbər verir ki, paytaxt klubu Anton Krivotsyukun formasını geyindiyi "Visla" (Plotsk) ilə üz-üzə gələcək.

Polşa klubuna qarşı matç saat 16:00-da başlayacaq.

"Neftçi" ilk görüşündə Macarıstan "Kişvarda"sı ilə heç-heçə edib - 2:2.

 

Xəbər xətti