"Qarabağ"ın rəqibindən növbəti transfer

10:23 - 19 Yanvar 2022

Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Marsel" növbəti transferi həyata keçirib.

Sportal.az xəbər verir ki, fransızlar "Arsenal"da oynamış Sead Kolaşinaçı transfer edib.

Klub müdafiəçi ilə 2023-cü ilin yayına kimi müqavilə imzalayıb. 

"Marsel" bundan əvvəl Sedrik Bakambunu transfer etmişdi.

“Qarabağ”la "Marsel" arasındakı ilk oyun fevralın 17-də Fransada, cavab oyunu isə fevralın 24-də Bakıda keçirəcək.

Xəbər xətti