"Sivasspor" Azərbaycan millisinin futbolçusu Mahir Emrelini transfer etmək istəyir.
Sportal.az xəbər verir ki, bu barədə türkiyəli idman jurnalisti Ertan Süzgün şəxsi "Twitter" səhifəsində paylaşım edib.
Onun sözlərinə görə, hazırda I Liqada çıxış edən Sivas klubu 25 yaşlı hücumçu ilə bağlı cari mövsümdə çıxış etdiyi Varşava təmsilçisinə təklif göndərib.
Süzgün bəyan edib ki, "Sivasspor" bu transferi başa çatdırmağa çalşır. "Legiya"dan ona azarkeşlərin hücumu nəticəsində aldığı zərbəyə görə ayrılmaq istəyən Emreli komandanın Dubaydakı təlim-məşq toplanışına qoşulmayıb.
Xatırladaq ki, bunadək Mahirin Türkiyə Super Liqasında 3-cü pillədə gedən "Başakşehir"ə transfer olacağı deyilirdi.
