"Sumqayıt" bu gün almanlarla qarşılaşacaq

11:47 - 19 Yanvar 2022

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Sumqayıt" bu gün ikinci yoxlama oyununu keçirəcək.

Sportal.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi Almaniyanın "Berliner AK" klubu ilə görüşəcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.

​Qeyd edək ki, "Sumqayıt" ilk matçında Polşa “Yagelloniya”sı ilə qolsuz bərabərə qalıb.

Xəbər xətti