Paytaxt klubu afrikalı forvardı düşərgəyə dəvət etdi

12:29 - 19 Yanvar 2022

Qış təlim-məşq toplanışını Bakıda keçirən "Keşlə" baxışa futbolçu dəvət edib.

Sportal.az xəbər verir ki, paytaxt klubunun məşqçilər korpusu Ramin Dubini izləyir.

20 yaşlı qanalı forvard etimadı doğrultsa, "Keşlə" onunla müqavilə imzalayacaq.

​O, "Samtrediya" və "Şevardeni" klublarında oynayıb.

Xəbər xətti