Türkiyəli mütəxəssis yenə Azərbaycanda çalışacaq

14:01 - 19 Yanvar 2022

“Xan Lənkəran”ın yeni baş məşqçisi məlum olub.

Sportal.az xəbər verir ki, İbrahim Uzunca Region Liqasında mübarizə aparan klubun sükanı arxasına gətirilib.

Məşqçilik fəaliyyətinə 1995-ci ildən başlayan İbrahim Uzunca“Adana Dəmirspor”, “Ərciyespor”, “Osmaniyəspor”da çalışıb. O, məşqçi kimi “Bakı”nın əvəzedici komandasına çempionluq yaşadıb.

Türkiyəli bundan əvvəl də Region Liqasında işləyib. İlyarım əvvəl Quba “Şahdağ“ında qısamüddətli fəaliyyət göstərib.

"Xan Lənkəran" dünən baş məşqçi İqbal Babayev və onun köməkçisi Cəfər Mirzəyevi istefaya göndərib.

Lənkəran klubu 13 xalla Cənub zonasında birincidir.
 

Xəbər xətti