"Qarabağ"ın forvardı "Kocaelispor"a keçə bilər

10:49 - 20 Yanvar 2022

"Qarabağ"ın hücumçusu İbrahima Vadji Ağdam klubunun sıralarını tərk edə bilər.

Sportal.az xəbər verir ki, 27 yaşlı forvardın Türkiyəyə dönmək ehtimalı var.

Seneqallı forvard "Kocaelispor"un maraq dairəsinə düşüb.

O, "Qarabağ"dan Türkiyə klubuna icarə əsasında da yollana bilər. Vadjinin "Qarabağ"la 2024-cü ilə qədər müqaviləsi qüvvədədi. (Kocaeli Gazetesi)

Xəbər xətti