Tyerri Anri Fransa klubunu çalışdıra bilər

12:47 - 20 Yanvar 2022

Fransa millisinin sabiq hücumçusu Tyeri Anri "Bordo"nun baş məşqçisi təyin edilə bilər.

Sportal.az xəbər verir ki, "Monako"da baş məşqçi kimi çalışmış Anriyə "Bordo"dan təklif gəlib.

Vladimir Petkoviçin rəhbərliyi altında hazırda Liqa 1-də 19-cu pillədə qərarlaşan "Bordo aşağı liqaya yuvarlanmaq təhlükəsindədi.

​Klub isveçrəli mütəxəssisi yola salaraq baş məşqçi postuna Anrini gətirmək istəyir. 

Xəbər xətti