"Legiya"nın sabiq prezidenti: "Mahirin komandanın xilaskarı olduğunu deməzdim"

14:55 - 20 Yanvar 2022

“Legiya”nın sabiq prezidenti Boquslav Lesnodorski Varşava klubunun hazırki durumu haqda danışarkən Mahir Emreli məsələsinə də toxunub.

Sportal.az xəbər verir ki, o, millimizin forvardının “Legiya” ilə münasibətinin qaydasında olmamasından söhbət açıb:

​Emrelinin “Legiya”nın xilaskarı olduğunu deməzdim. Komandanın problemi digər mövqelərdədi. Daha çox problem müdafiə mövqeyindədi. “Legiya” bu mövsüm 2 cəbhədə mübarizə aparmağa hazır deyildi. Komandanı çətin durumda arxasınca apara biləcək oyunçu qrupuna sahib deyildi”. (Sportowefakty)

Xəbər xətti