"Səbail" yoxlama görüşündə qələbə qazandı

18:11 - 21 Yanvar 2022

Təlim-məşq toplanışına Bakıda davam edən "Səbail" bu gün növbəti yoxlama görüşünü keçirib.

Sportal.az xəbər verir ki, Aftandil Hacıyevin rəhbərlik etdiyi komanda MOİK-lə qarşılaşıb.

"Dalğa Arena"da keçirilən görüşdə "Səbail" 3:1 hesabı ilə qalib gəlib.

Paytaxt təmsilçisinin qollarını 19-cu dəqiqədə Cavid Tağıyev, 28-ci dəqiqədə Ruslan Hacıyev, 58-ci dəqiqədə Camal Araqo vurub. 

Xəbər xətti