"Qarabağ" "Şlensk"ə uduzdu - YENİLƏNİB

20:46 - 21 Yanvar 2022

"Qarabağ" bu gün Antalya toplanışı çərçivəsində növbəti matçına çıxıb.

Sportal.az xəbər verir ki, Qurban Qurbanovun komandası günün 2-ci matçında "Şlensk"lə qarşılaşıb.

Bu gün Serbiyanın "Baçka-Topala" klubuna uduzan ağdamlılar ardınca "Şlensk"lə üz-üzə gəlib.

Ağdamlılar bu oyundan da məğlubiyyətlə ayrılıb. 

"Qarabağ" - "Şlensk" 2:3 
Qollar: Veşoviç, 26, Kadi 80


"Qarabağ": Luka Quqeşaşvili, Marko Veşoviç, Maksim Medvedev (k) Kevin Medina, Toral Bayramov, Qara Qarayev, İsmayıl İbrahimli, Filip Ozobiç, Kadi Borges, Abdella Zubir, İbrahima Vadji

​"Qarabağ" ilk yoxlama görüşündə "Qaz Metan"la 0:0 bərabərə qalmışdı.

Xəbər xətti