"River Pleyt"in hücumçusu Xulian Alvares İngiltərədə oynayacaq.
Sportal.az xəbər verir ki, "Mançester Siti" 21 yaşlı argentinalının keçidini həll edib.
"Şəhərlilər" Alvares üçün "River Pleyt" üçün 16 milyon avro təklif edib. Klub ingilislərin təklifini qəbul edib və yayda rəsmi müqavilənin imzalanacağı gözlənilir.
"River Pleyt" yetirməsi olan Xulian 2018-ci ildən bu komandanın formasını geyinir. O, 96 matçda meydana çxııb və 35 qol, 25 assistlə oynayıb.
