İspaniyalı "Tottenhem" və "Barselona" arasında seçim edəcək

12:40 - 27 Yanvar 2022

"Tottenhem"in baş məşqçisi Antonio Konte "Vulverhempton"un futbolçusu Adama Traorenin komandaya cəlb olunmasını istəyir.

Sportal.az xəbər verir ki, London klubu 26 yaşlı futbolçu üçün "Vulverhempton"a rəsmi təklif göndərib.

Amma Traore Londona gəlməkdən imtina edə bilər. Məsələ burasındadır ki, ispaniyalı futbolçu ilə "Barselona" da maraqlıdı.

Futbolçunun yetirməsi olduğu kluba keçməkdə maraqlı olduğu bildirilir. 

Xəbər xətti