"Neftçi"dən ayrılan futbolçu Portuqaliya klubuna keçdi

13:48 - 27 Yanvar 2022

"Neftçi"nin yollarını ayırdığı Harramiz Soareş özünə yeni komanda tapıb.

Sportal.az xəbər verir ki, 31 yaşlı futbolçu "Farense"də çıxış edəcək.

Yarımmüdafiəçi Sequnda təmsilçisi ilə 6 aylıq müqavilə imzalayıb. Yayda "Neftçi"yə cəlb edilən Harramiz bir müddət əvvəl komandadan göndərilmişdi.

Xəbər xətti