"Legiya" milli komandamızın forvardı Mahir Emrelini buraxmağa hazırdı.
Sportal.az xəbər verir ki, Varşava klubu öncə Mahirə görə 3 milyon avro tələb edirdisə, artıq 1,5 milyona da onu buraxmağa razıdı.
Mahirin xidmətində Türkiyə klubları maraqlı olsalar da, onlar da 1,5 milyon avro ödəmək istəmir.
Yaxın günlərdə forvardın karyerasını hansı klubda davam etdirəcəyi məlum olacaq.
