Premyer Liqa klubları Mülleri istəyir

17:30 - 27 Yanvar 2022

"Bavariya"nın futbolçusu Tomas Müller karyerasını İngiltərədə davam etdirə bilər.

 

Sportal.az xəbər verir ki, 32 yaşlı hücumçu ilə Premyer Liqa təmsilçiləri "Everton" və "Nyukasl" maraqlanır. Bu barədə Almaniyanın "Bild" nəşri məlumat yayıb. Təcrübəli futbolçunun "Bavariya" ilə müqaviləsi 2023-cü ilin yayında bitir.

 

Qeyd edək ki, Tomas Müller cari mövsümdə "Bavariya"nın heyətində meydana çıxdığı 29 oyunda 9 qol və 20 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti