Şəhriyar Məmmədyarov qələbə qazandı

21:15 - 29 Yanvar 2022

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Niderlandın Veyk-an-Zeye şəhərində keçirilən "Tata Steel Chess" turnirində 12-ci turun oyununa çıxıb.

 

Sportal.az xəbər verir ki, o, qara fiqurlarla Vidit Santoş Qucrati (Hindistan) ilə oynayıb və qalib gəlib.

 

Bununla da azərbaycanlı qrossmeyster 12 oyundan sonra xalını 7,5-ə çatdırıb və hələlik 2-ci pillədə qərarlaşıb.

Xəbər xətti