Futzal üzrə Azərbaycan yığmasının Niderlandda təşkil olunan Avropa çempionatında Bosniya və Herseqovinaya qarşı keçirdiyi oyunda AFFA rəhbərliyinin istefası tələb olunub.
Sportal.az xəbər verir ki, Amsterdamdakı “Ziggo Dome” arenasında baş tutan görüşü canlı izləyən azərbaycanlı azarkeşlər tribunadan “AFFA istefa” sözlərinin yazıldığı plakat asıblar.
Qeyd edək ki, qarşılaşma milli komandamızın 4:2 hesablı qələbəsiylə başa çatıb. Bu nəticəyə baxmayaraq yığmamız Avropa çempionatında mübarizəni dayandırıb.

