"Qarabağ"ın rəqibi növbəti mərhələdə - VİDEO

10:08 - 30 Yanvar 2022

Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Marsel” Fransa kubokunda 1/4 finala vəsiqə qazanıb.

Sportal.az xəbər verir ki, Xorxe Sampaolinin rəhbərlik etdiyi komanda “Monpleye” səddini çətinliklə keçib.

​Matçın əsas vaxtı 1:1 yekunlaşıb və oyunsonrası penaltilərdə daha dəqiq olan marsellilər növbəti mərhələyə vəsiqə qazanıb.

“Marsel” – “Monpelye” 1:1 (pen 5:4)
Qollar:
Arkadiuş Milik 74 – Beni Makuana 80

Xəbər xətti