Emre Belözoğlu Mahir barədə: "Onun transfer məsələsi ilə vitse-prezidentimiz çalışır"

11:02 - 30 Yanvar 2022

"Başakşehir"in baş məşqçisi baş məşqçisi Emre Belözoğlu Azərbaycan millisinin futbolçusu Mahir Emreli haqda danışıb. 

Sportal.az xəbər verir ki, 42 yaşlı məşqçi "Anadolu Agentliyi"nə müsahibəsində Mahirlə maraqlandıqlarını etiraf edib: 

"Mahir Emreli maraqlandığımız futbolçudu. Bildiyimə görə, Polşada xoşagəlməz bir hadisə ilə qarşılaşıb. İndi vəziyyətdən çıxmağa çalışır. Onun transfer məsələsi ilə vitse-prezidentimiz Mustafa Eröğüt çalışır. Mənim məsələ ilə bağlı bilgim bu qədərdi".

Xəbər xətti