Rus futbolçu paytaxt klubuna keçir

11:46 - 30 Yanvar 2022

“Atalanta”nın futbolçusu Aleksey Mirançuk karyerasını “Latsio”da davam etdirə bilər.

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi 26 yaşlı futbolçunu transfer etməyə çalışır.

Rusiya millisinin üzvü 2020-ci ilin yayından “Atalanta”da çıxış edir.

Bu mövsüm İtaliya A Seriyasında 13 oyunda 1 qol, 3 məhsuldar ötürmə ilə yadda qalan Mirançukun "Latsio"ya keçidi an məsələsidi. 

Xəbər xətti