"Qarabağ"ın rəqibi müdafiəçi ilə gücləndi

12:00 - 30 Yanvar 2022

Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Marsel" heyətinə daha bir futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Fransa klubu "Spartak"dan Samuel Jiqonu transfer edib.

29 yaşlı müdafiəçi "Marsel"də mövsüm sonuna qədər icarə əsasında çıxış edəcək. Mövsüm sonunda isə fransızların Jiqo üçün Moskva klubuna nə qədər pul ödəyəcəyi dəqi deyil.

"Qarabağ" "Marsel" ilə ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.

Xəbər xətti