Premyer Liqa klubu isveçlini bu gün təqdim edəcək

13:32 - 30 Yanvar 2022

“Yuventus”un futbolçusu Deyan Kulusevski “Tottenhem”ə keçməyə hazırlaşır.

Sportal.az xəbər verir ki, London klubu “Yuventus”la artıq razılığa gəlib.

Belə ki, “Tottenhem” İsveç millisinin üzvünü 6 aylıq icarəyə götürəcək.

Bu gün Premyer Liqa klubu Kulusevskinin keçidi icitimaiyyətə açıqlayacaq.

İcarəyə görə ingilislər “Yuventus”a 5 milyon avro ödəyəcək. Mövsüm sonunda isə “Tottenhem” 35 milyon avro ödəyərərək isveçli futbolçunu transfer edə bilər.

Xəbər xətti