"Liverpul"un yeni transferi Argentinada tibbi müayinədən keçdi

14:25 - 30 Yanvar 2022

Luis Diaz “Porto”dan ayrılıb.

Sportal.az xəbər verir ki, kolumbiyalı futbolçu “Liverpul”la rəsmi müqavilə imzalamaq üçün həkim müayinəsindən keçib.

Yarımmüdafiəçi ilkin həkim müayinəsini Argentinada keçib.

Buna səbəb isə futbolçunun Kolumbiya millisinin heyətində Argentinaya yollanmasıdı. 

Millidən ayrıldıqdan sonra İngiltərəyə uçacaq kolumbiyalı növbəti tibbi müayinəni Liverpulda keçəcək.

Luis “Liverpul”la müqaviləsi 2027-ci ilə qədər olacaq.

Xəbər xətti