"Everton" "Mançester Yunayted"in futbolçusu Donni van de Beeki heyətinə qatacaq.
Sportal.az xəbər verir ki, Mersisayd klubu niderlandlı yarımmüdafiəçi üçün "qırmızı şeytanlar"ı razı sala bilib.
O, mövsüm sonuna qədər "Everton"da çıxış edəcək.
Futbolçu "Mançester Yunayted"də oyun praktikasından əziyyət çəkdiyinə görə komandasını dəyişmək istəyir.
“Ayaks” yetirməsi olan 24 yaşlı futbolçu 2020-ci ildə Amsterdam klubundan “Mançester Yunayted”ə keçmişdi.
