"Qalatasaray"dan ayrıldı, ərəb klubuna keçdi

16:01 - 30 Yanvar 2022

"Qalatasaray"dan ayrılan Kristian Luindama Səudiyyə Ərəbistanında oynayacaq.

Sportal.az xəbər verir ki, konqolu futbolçu "Əl-Tavun"la anlaşıb.

28 yaşlı futbolçunun xidmətində "Spartak" maraqlı olsa da, o, ərəb klubuna keçməyə üstünlük verib.

Luindama "Qalatasaray"ın heyətində 79 matça çıxıb, 5 qol vurub 2 assist etmişdi.

Xəbər xətti