İspaniya millisinin sabiq forvardı Dieqo Kosta karyerasını yenidən İspaniyada davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Barselona" 34 yaşlı forvardı transfer etmək niyyətindədi.
"Yuventus"dan Alvaro Moratanı transfer edə bilməyən Kataloniya təmsilçisi Dieqo Kosta ilə güclənmək istəyir.
Son dəfə Braziliyanın "Atletiko Mineyro" klubunda çıxış edən Kosta A Seriyasının və ölkə kubokunun sahibi olub.
