"Marsel"in yeni futbolçusu: "Böyük kluba keçidimə görə şadam" - FOTO

17:14 - 30 Yanvar 2022

“Spartak”ın müdafiəçisi Samuel Jiqo icarə əsasında “Marsel”ə keçib.

Sportal.az xəbər verir ki, fransalı müdafiəçi yeni komandasına yayda qoşulacaq.

O, şəxsi instaqram səhifəsində Fransa klubuna keçidi barədə yazıb: “Bu cür böyük kluba keçidimə görə şadam”.

“Arles-Avinyon”un yetirməsi olan futbolçu “Kortriyk”, “Gent” klublarında çıxış edib.​

Xəbər xətti