Paytaxt klubu Yunanıstan klubundan ayrılan futbolçu ilə müqavilə imzalaya bilər

17:31 - 30 Yanvar 2022

21 yaşlılardan ibarət yığma komandamızın şərəfini qorumuş Tural Bayramlı yenidən Azərbaycan Premyer Liqasında çıxış edə bilər.

Sportal.az saytının məlumatına görə, “Sumqayıt”ın da maraq dairəsində olmuş Tural Bayramlı böyük ehtimalla “Səbail”də çıxış edəcək.

O, Yunanıstandan qayıtdıqdan sonra paytaxt klubunun düşərgəsinə qoşulub və məşqlərini məhz bu komandada edir.

Amma “Səbail” onunla rəsmi müqavilə imzalaya bilmir.

Buna səbəb futbolçunun “Pierikos”la sənəd məsələlərini hələ yoluna qoya bilməməsidi.

Onun “Səbail”də oynayıb-oynamaması yaxın günlərdə dəqiqləşəcək.

Xəbər xətti