İtaliya A seriyasının təmsilçisi “Torino” heyətini gücləndirib.
Sportal.az xəbər verir ki, Turin təmsilçisi “Empoli”nin 20 yaşlı futbolçunu Samuele Riççini heyətinə qatıb.
“Torino” gənc yarımmüdafiəçini mövsüm sonuna qədər icarəyə götürüb.
Riççinin transfer qiyməti 12 milyon avrodu.
Bu mövsüm o, “Empoli”də 24 oyun keçirib, 1 qol və 1 assistlə oynayıb.
