"Neftçi"nin futbolçusu Portuqaliya klubunda?

21:18 - 30 Yanvar 2022

"Neftçi"dən daha bir legioner ayrıla bilər.

Sportal.az xəbər verir ki, Huqo Baştu “ağ-qaralar”ın düşərgəsini tərk etməyə hazırlaşır.

Portuqaliya mətbuatının məlumatına görə, “Tondela” “Neftçi”nin müdafiəçisi Huqo Baştu ilə maraqlandığını bildirib.

​Portuqaliya klubu Huqonu icarəyə götürmək niyyətindədi. Klublar arasında danışıqlar uğurlu alınarsa, o, mövsüm sonuna qədər “Tondela”da çıxış edəcək. 

Xəbər xətti