Birgül Soltanova Rusiyada üçüncü oldu

21:56 - 30 Yanvar 2022

Rusiyanın Krasnoyarsk şəhərində ikiqat olimpiya çempionu İvan Yarıginin xatirəsinə həsr olunmuş güləş üzrə qran-pri turniri keçirilib.

Sportal.az xəbər verir ki, yanvarın 29-da qadınlardan ibarət millimizin üzvü Birgül Soltanova (62 kq) fəxri kürsüyə qalxıb.

1/4 finalda monqolustanlı Tserençimed Sukxeyə məğlub olan həmyerlimiz rusiyalı Alyona Timofeyevaya “tuşe” ilə qalib gələrək ənənəvi yarışın bürünc medalına sahib çıxıb.

Beləliklə, komandamız turniri 1 qızıl və 1 bürünc medalla başa vurub.

​Xatırladaq ki, daha öncə Alyona Kolesnik (59 kq) yarışda çempion olmuşdu.

Xəbər xətti