"Qalatasaray" fransalı forvardı qaytardı

12:10 - 31 Yanvar 2022

"Qalatasaray" Bafetimbi Qomisi komandaya qaytarıb.

Sportal.az xəbər verir ki, "sarı-qırmızılılar" 36 yaşlı hücumçu ilə 1,5 illik anlaşıb.

2017/2018 mövsümündə "Qalatasaray"da oynamış fransız sonradan İstanbul klubundan qalmaqallı şəkildə ayrılaraq “Əl-Hilal”a keçmişdi. 

Fransa millisinin sabiq üzvü "Sent-Etyen", "Trua", "Lion", "Suonsi", "Marsel" klublarında oynadıqdan sonra "Qalatasaray"a keçmişdi. O, 2017/2018 sezonunda Superliqanın bombardiri adını da qazanmışdı.

Xəbər xətti