Tunis millisinin baş məşqçisi Monder Kebayer istefaya göndərilib.
Sportal.az xəbər verir ki, rəhbərlik onun işindən narazı olduğu üçün bu addımı atıb.
Millinin sükanı arxasına kimin keçəcəyi də artıq dəqiqləşib.
Belə ki, Kebayerin köməkçisi Calil Kadri millinin yeni baş məşqçisi təyin edilib.
Xatırladaq ki, Afrika Millətlər Kubokunda çıxış edən Tunis 1/4 finalda Burkina-Fasoya 0:1 hesabı ilə uduzaraq turnirdəki iştirakını başa vurmuşdu.
