"Qəbələ"dən növbəti transfer - RƏSMİ

13:28 - 31 Yanvar 2022

"Qəbələ" qış fasiləsində ikinci transferini gerçəkləşdirib.

Sportal.az xəbər verir ki, "qırmızı-qaralar” Azərbaycanın U-21 yığmasının futbolçusu Samet Karakoçu heyətinə qatıb.

20 yaşlı müdafiəçi ilə 2022/23 mövsümünün sonuna qədər nəzərdə tutulan müqavilə imzalanıb.

Son klubu “Bayrampaşa” olan Karakoç 2020-ci ilin yayında əsas komandaya cəlb olunub. O, sol cinah müdafiəçisi olsa da, müdafiənin mərkəzində də çıxış edir. Karakoç Azərbaycanın U-19 və U-21 yığmalarının formasını geyinib.

​Xatırladaq ki, “Qəbələ” Sametə qədər Patrik Robson de Souza Monteyronu heyətinə qatıb.

Xəbər xətti