Azərbaycan çempionatında dördüncü turun oyunları

14:57 - 31 Yanvar 2022

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında II dövrənin oyunlarına fevralın 1-də start veriləcək.

Sportal.az xəbər verir ki, ölkə çempionatının IV turu Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunacaq.

Günün ilk matçında – saat 16:00-da “Murov”la “Azərreyl” üz-üzə gələcək. Bu qarşılaşmadan 2 saat sonra UNEC – “Abşeron” oyununa start veriləcək.

I dövrədən sonra “Abşeron” 9, “Azərreyl” 6, UNEC 2, “Murov” isə 1 xala malikdir.

Pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən oyunlara azarkeşlər buraxılmayacaq.

Xəbər xətti