Mbappe "Real"ın təklifini qəbul etdi

16:50 - 31 Yanvar 2022

Mövsümün sonunda PSJ ilə müqaviləsi başa çatacaq Kilian Mbappe karyerasını İspaniyada davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, fransalı hücumçu "Real"la razılıq əldə edib. Bu barədə "Bild" nəşri məlumat yayıb. 23 yaşlı forvard Madrid təmsilçisinin illik 50 milyon avroluq maaş təklifini qəbul edib.

 

Qeyd edək ki, Kilian Mbappe PSJ-yə 2018-ci ilin yayında "Monako"dan transfer olub. Fransa millisinin üzvü cari mövsümdə parislilərin heyətində meydana çıxdığı 28 oyunda 19 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti