Şamaxı şəhər stadionu FIFA sertifikatına layiq görüldü

17:46 - 31 Yanvar 2022

Şamaxı şəhər stadionuna salınmış süni örtük FIFA-nın “Quality Pro” sertifikatına layiq görülüb.

 

Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ali futbol qurumunun bu keyfiyyət nişanı stadionda beynəlxalq oyunların keçirilməsinə imkan verir.

 

Qeyd edək ki, hüquqi prosedurlar başa çatdıqdan sonra 2022-ci ildə "Keşlə"nin adının dəyişdirilərək "Şamaxı" futbol klubu adlandırılması və ev oyunlarını Şamaxı şəhər stadionunda keçirməsi qərara alınıb.

 

Xəbər xətti