“Mənim Türkiyəyə səfərim şəxsi işlərimlə əlaqəli idi. Xahiş edirəm,məndən futbol sahəsi ilə bağlı heç nə soruşmayın”.
Sportal.az xəbər verir ki, bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi” və “Keşlə”nin sabiq idman direktoru Ceyhun Sultanov deyib.
Bugünlərdə Antalyaya yollanan və “Neftçi” ilə eyni oteldə məskunlaşan keçmiş funksioner bu sahədə işini davam etdirəcəyinə inamının qalmadığını bildirib:
“Futbolda çalışanların əksəriyyəti insan cildinə girmiş şeytanlardır. Mən elə ola bilmərəm. Ona görə də kənarda qalmışam.
Bugünə kimi kim mənə nə söz veribsə, aldanmışam. İndi-indi başa düşürəm ki, sən demə, kimlər mənim üzərimdən nə “oyunlar” oynayırmış.. Vaxtında bunların heç birindən xəbərim olmayıb.
Yalnız indi oturuib özüm üçün hər şeyi analiz edirəm və görürəm ki, məndən necə istifadə olunub.çox adamdan iyrənmirəm. Futbolda vəzifəsindən asılı olmayaraq, adamların əksəriyyəri yalançıdır.
Buradakı dostlarım? Ötən ilin may ayından bu yana işləmirəm. əksəriyyəti bir dəfə zəng edib soruşmur ki, neyləyirsən?
Azərbaycanda guya neçə klub var ki? AFFA-ya lazım olsaydım, çoxdan işlə təmin edilmişdim. Belə çıxır ki, heç kimə lazım deyiləm”.
saytlarin hazirlanmasi
