"Mançester Siti" Argentina millisinin üzvünü transfer etdi

18:54 - 31 Yanvar 2022

İngiltərənin "Mançester Siti" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "River Pleyt"dən Xulian Alvaresi rənglərinə bağlayıb. 22 yaşlı hücumçu ilə 5 il yarımlıq müqavilə imzalanıb. Argentina millisinin üzvü iyul ayına kimi icarə əsasında "River Pleyt"də çıxış edəcək.

 

Qeyd edək ki, Xulian Alvares "River Pleyt"in yetirməsidir. O, əsas komandanın heyətində meydana çıxdığı 96 oyunda 36 qol və 28 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti