"Tottenhem"in yarımmüdafiəçisi "Lion"a keçdi

19:40 - 31 Yanvar 2022

Fransanın "Lion" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Liqa 1 təmsilçisi "Tottenhem"in yarımmüdafiəçisi Tanqi Ndonbeleni heyətinə qatıb. 25 yaşlı futbolçu mövsümün sonunadək icarə əsasında "Lion"da çıxış edəcək.

 

Qeyd edək ki, Tanqi Ndonbele "Tottenhem"ə 2019-cu ilin yayında "Lion"dan transfer oluşdu. Fransa millisinin üzvü cari mövsümdə London klubunun heyətində meydana çıxdığı 16 oyunda 2 qol, 1 asistlə yadda qalıb.

Xəbər xətti