"Yuventus"dan iki transfer, üç ayrılıq

20:35 - 31 Yanvar 2022

İtaliyanın "Yuventus" klubu heyətini iki futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Turin təmsilçisi "Frozinone"dən Federiko Qatti və Münhenqladbax "Borussiya"sından Denis Zakariyanı rənglərinə bağlayıb. Hər iki futbolçu ilə 2026-cı ilin yayınadək müqavilə imzalanıb.

 

"Yuventus" üç futbolçusu ilə isə yollarını ayırıb. Yarımmüdafiəçilər Deyan Kulusevski mövsümün sonunadək "Tottenhem"ə, Aaron Remzi isə "Reyncers"ə icarəyə verilib. Rodriqo Bentankur isə "Tottenhem"ə transfer olub. London klubu 24 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalayıb.

Xəbər xətti