Niderlandın "Ayaks" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Amsterdam təmsilçisi "Yuventus"un hücumçusu Məhəmməd İhatarreni heyətinə qatıb. 19 yaşlı futbolçu mövsümün sonunadək icarə əsasında "Ayaks"da çıxış edəcək.
Qeyd edək ki, "Yuventus" Məhəmməd İhatarreni 2021-ci ilin yayında PSV-dən transfer edib. Gənc forvard mövsümün ilk hissəsini “Sampdoriya”da icarədə keçirib.
saytlarin hazirlanmasi
