İngiltərənin "Everton" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Tottenhem"dən Dele Allini rənglərinə bağlayıb. Liverpul klubu İngiltərə millisinin üzvü ilə 2,5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Dele Alli 2015-ci ildən "Tottenhem"də çıxış edir. 25 yaşlı vinger cari mövsümdə London klubunun heyətində meydana çıxdığı 18 matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
