"Fənərbaxça"nın futbolçusu Maks Meyer karyerasını Danimarkada davam etdirəcək.
Sportal.az xəbər verir ki, almaniyalı yarımmüdafiəçi "Midtyulland"a keçib. 26 yaşlı futbolçu mövsümün sonunadək icarə əsasında Danimarka klubunda çıxış edəcək.
Qeyd edək ki, Maks Meyer "Fənərbaxça"ya mövsümün əvvəlində "Köln"dən keçib. O, İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 12 oyunda 1 qol vurub.
saytlarin hazirlanmasi
